Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Baş prokurorluq Gəncə hadisəsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Baş Prokurorluq İyulun 3-də Gəncə şəhərində baş verən cinayət hadisəsində şübhəli şəxs qismində təqsirləndirilən Yunis Səfərovun guya təsir və təzyiqlərə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.

Mynews.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə açıqlamasında bildirib ki, bəzi internet informasiya resurslarında iyulun 3-də Gəncə şəhərində baş vermiş cinayətlə bağlı şübhəli şəxs qismində tutulmuş Yunis Səfərovun təsir və təzyiqlərə məruz qalması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir.

Belə ki, cinayət işi üzrə Yunis Səfərov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi cinayətlərlə bağlı sərbəst ifadə vermiş, onun müdafiə və sair hüquqları tam təmin olunmuş, istintaq hərəkətlərinin gedişi və saxlanma şəraiti barədə hər hansısa şikayət və müraciətləri daxil olmamışdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...