Xalq artistinin evindən seyfi oğurlayanlar məhkəmə qarşısında - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində Ruslan Verdiyev, Yunis Hüseynli, Namiq Fərəcov və Cavid Əliyevin CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq, təkrar törədildikdə), 177.3.2 (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istahlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Mynews.az-ın məlumatına görə, ötən il avqustun 19-da naməlum şəxs və ya şəxslər Nərimanov rayonunda yaşayan xalq artisti Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.
Daxili İşlər Nazirliyininin (DİN) yaydığı məlumata görə, polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində həmin cinayətin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Avqustun 28-də isə daha iki nəfər- Sumqayıt şəhər sakinləri Cavid Əliyev və Natiq Fərəcov saxlanılıblar.
A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə hesab edilən - heroin götürülüb.
Müəyyən edilib ki, dəstə üzvləri seyfin içindən götürdükləri pulu, həmçinin qızıl-zinət əşyaların satışından əldə etdikləri maddi vəsaiti aralarında bölüşdürüblər. Sonra isə, seyfi Sumqayıt ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.
İstintaqın gedişatında, xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov zərərçəkmiş qismində tanınıblar.
İbtidai istintaq dövründə taksi sürücüsü işləyən Asif Həmidovun əməli CM-nin 307-ci ( cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və o, azadlığa buraxılıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, zərərçəkmiş şəxslərin prosesdə iştirak etmədikləri elan olunub.
İş üzrə baxış ayın 19-na təyin olunub.
Hadisə
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
- Bakıda öldürülən qadın məktəb direktoru imiş
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1119 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1103 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1102 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1047 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1039 dəfə oxunub