Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Naməlum şəxs Torontoda insanlara atəş açdı: Ölən var

Naməlum şəxsin Torontoda insanlara atəş açması nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb. 

Mynews.az xəbər verir ki, bununla bağlı “Global News” yerli polisə istinadla məlumat yayıb. 

Hadisə şəhərin şərq hissəsində baş verib. 

Qeyd edilib ki, yaralılar arasında 9 yaşlı uşaq da var. Şahidlərin sözlərinə görə, çox sayda atəş səsləri eşidilib. 

CTV telekanalı bildirib ki, polis cinayətkarı güllələyib. Onun kimliyi açıqlanmır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...