Ögey ata 5 yaşlı uşağı döyüb öldürdü - Azərbaycanda
Kürdəmir rayonunda 5 yaşlı uşaq döyülərək öldürülüb.
Mynews.az-ın "report"a istinadla verdiyi məlumata görə, hadisə rayonun Muradxan kəndində yerləşən fermalardan birində qeydə alınıb.
Astara rayon sakini, 33 yaşlı Sevanə Böyükağa qızı Yaqubova bir müddət əvvəl Kürdəmir rayonunun Muradxan kənd sakini Abdulla İnqilab oğlu Abdullayevə ərə gəlib və özü ilə ilk həyat yoldaşından olan 5 yaşlı oğlu Murad Bayraməli oğlu Yaqubov da onlarla bərabər yaşayırmış. Uşağın dəcəl olması ögey atanın ona olan münasibətini kəskin şəkildə dəyişib. Abdulla Abdullayev müxtəlif vaxtlarda uşağa zor tətbiq etməyə başlayıb. O, Murada gah çomaq, gah da başqa küt alətlə mütəmadi xəsarətlər yetirib. Bir neçə gün əvvəl fermada Muradın bədənində yaranan əziklər uşağın qızdırmasına səbəb olub. Həbs olunmasından ehtiyatlanan Abdulla Abdullayev uşağı həkim müayinəsinə aparmayıb və nəticədə 5 yaşlı Murad iyulun 21-də səhər saat 5 radələrində aldığı xəsarətlərdən dünyasını dəyişib.
Uşağın anası Sevanə Yaqubovanın sözlərinə görə, dəfələrlə uşağı həkimə aparmağı desə də, ögey ata hər dəfə ona öz etirazını bildirib və uşağın müalicə və müayinəsinə imkan verməyib.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs Abdullayev Abdulla İnqilab oğlu şübhəli şəxs qismində tutulub.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1110 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1097 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1097 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1094 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 992 dəfə oxunub