Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İrandan ölkəyə narkotik maddə keçirmək istədilər

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Gürcüstana gedən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Mynews.az -a verilən məlumata görə, “Scania” markalı həmin avtomobilə baxış zamanı bir ədəd sellofan paketdə, xalis çəkisi 0,411 qram olan metamfetamin və iki ədəd plastik qabda, cəmi 160 ml həcmində metadon məhlulu aşkar olunub.

Metamfetamin avtomobilin sükanının mərkəzində olan siqnal mexanizmini işə salan plastik örtüyün altında, metadon məhlulu isə sürücü oturacağının altındakı boşluqda aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...