Abşeronda kütləvi dava: 1 ölü
Abşeron rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 19-da rayonunun Nübar qəsəbəsi ərazisindən Bakı şəhər sakini Fərid Qurbanovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Fərid Qurbanovu deşici alətlə (amburla) qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları - Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.
Qeyd edək ki, hadisə Abşeronun Nübar qəsəbəsi kəndi ərazisindəki "At yalı" yaşayış massivində baş verib.
Firma işçiləri iyulun 18-də gün boyu ərazidə su filtri satıblar. Axşam evə qayıtmağa hazırlaşdıqları vaxt isə ərazidə yaşayan bir neçə gənc onlara yaxınlaşaraq söz atıb.
Həmin gənclərin firma işçiləri olan xanımlara söz atması isə kütləvi davaya səbəb olub.
Hadisə yaxınlıqdakı obyektlərdən birinin müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb.
Hadisə zamanı firma işçisi, Bakı şəhər sakini 27 yaşlı Fəxri Şahbazlı avtomobillərində olan deşici alətlə 24 yaşlı Fərid Qurbanovu vurub. Fərid Qurbanov çoxlu qan itirdiyi üçün dünyasını dəyişib.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 921 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 903 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 594 dəfə oxunub