Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nabranda FACİƏ - Bir ailənin 4 üzvü dənizdə batdı - YENİLƏNİB

Xaçmaz rayon, Nabran qəsəbəsində iki ana və övladının dənizdə boğularaq ölməsinin təfərrüatları məlum olub.

Mynews.az Report-a istinadən xəbər verir ki, rayonun Palçıqoba kənd sakinləri olan Dadaşova Ruhiyyə Eyvaz qızı, onun oğlu Dadaşov İkram Məmmədyar oğlu, həmçinin baldızı Qocayeva Kamilə İkram qızı və onun qızı Qocayeva Aysel Əfqan qızı Nabran qəsəbəsində dənizə çimməyə gediblər.

Lakin 16 yaşlı İ.Dadaşov çimərkən boğulmağa başlayıb. Bunu görən anası, R.Dadaşova oğlunu xilas etməyə çalışıb, ancaq buna nail ola bilməyərək özü də suda boğulmağa başlayıb.

Bu zaman K.Qocayeva qardaşı arvadına və onun oğluna köməklik etməyə çalışıb, lakin boğulmaqda olan şəxsləri xilas etmək onun da həyatı üçün təhlükə yaradıb. Onunla birgə olan qızı A.Qocayeva da onlara köməklik göstərməyə çalışsa da, o da boğulmağa başlayıb. Nəticədə hər iki ana və övladları suda bataraq boğulublar.

Onların dördünün də meyitləri yaxınlarına təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

19:00

Azərbaycanda bir ailənin 4 üzvü dənizdə boğulub.

Mynews.az-ın verdiyi məlumata görə, hadisə Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin meyitləri tapılaraq sudan çıxarılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...