Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda “Halal Dönər” brendi təqdim olundu

Hazırladığı məhsullar və qazandığı uğurlar ilə halal qida bazarının aparıcı simasına çevrilən “Səhliyalı” şirkəti Azərbaycanda ilk dəfə olaraq “Halal Dönər” brendini ictimaiyyətə təqdim edib.

Mynews.az Qafqazinfo.az-a istinadən bildirir ki, şirkətin hazırladığı “Halal Dönər” məhsulunun əsas özəlliyi ət kəsiminin müsəlman adət-ənənələrinə uyğun həyata keçirilməsidir. Şirkətin istehlakçıların rəğbətini qazanmasının əsas səbəbi məhsulun keyfiyyətini və hazırlanma prosesini cəmiyyətə açıq şəkildə nümayiş etdirməsidir.

Məhsulun təqdimatı zamanı dönərlərin ət kəsimindən tutmuş, hazır olunub yeyilmə anınadək baş verən bütün proseslər ictimaiyyətə nümayiş etdirilib. Təqdimat zamanı çıxış edən Türkiyədən dəvət edilmiş qida mühəndisi Mükərrəm Özcan bildirib ki, şirkətin əsas hədəfi Azərbaycan xalqının rəğbətini qazanmaqdır. Onun sözlərinə görə, məhsulun ən əsas özəlliyi onun halal olması ilə bağlıdır:

“Digər bir özünəməxsusluğu isə bu gün hazırlanan dönərin 1 və ya 10 il sonra da eyni standartla və eyni keyfiyyətlə hazırlanmasıdır. Məhsul Almaniyadan gətirilən son texnologiya ilə hazırlanır. Ətlər standart - 2.5 millimetr qalınlığında açılır. Açılan ətlər ət daşıma qazanlarına qoyulur və üzərinə standart miqdarda ədviyyatlar əlavə edilir. Burada qoyulan statndartlardan kənara çıxılması mümkün deyil. Daha sonra ədviyyat əlavə edilmiş ətlər “Thumbler” adlı vakumlu, soyuduculu, masaj aparatına qoyulur. Aparatda təxminən 1.5 saat saxlanılan ədviyyatlı ətlər “Thumbler”in içərisindən çıxarılır və bloklama yerinə aparılır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...