Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Polad Bülbüloğlunun qardaşına qarşı dələduzluq edənə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Məmməd Nəsibovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mynews.az-ın məlumatına görə, ittiham aktına görə, Məmməd Nəsibov vətəndaş İradə İsmayılovaya Suraxanı rayonunun Hövsan qəsənəsində 15 sot sənədsiz torpağı 21.500 manata satıb, Çingiz Məmmədovun isə 200.000 manat pulunu alaraq, ona Abşeron rayonunda fərdi yaşayış evi tikdirəcəyini söz verib.

Həmçinin o, Adilə Məmmədovanın 120.000, Gülnaz Xayirovanın 43.000, Bahar Ələkbərovanın 17.000 və Bəhram Namazovun 28.100 manat pulunu ələ keçirib. 

İstintaqın gedişatında məlum olub ki, zərərçəkmişlərdən biri - Ç.Məmmədov Azərbaycan Respublikasının bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qardaşıdır.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...