Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dəhşətli hadisə: Maşının çəni deşildi, kişi yanaraq öldü

Masallı rayon sakini faciəli şəkildə ölüb.

Hadisə Abşeron rayonunda, “SEN İnşaat” MMC-nin ərazisində qeydə alınıb. Masallı rayon sakini Ağaməli Qurbanov istismar müddəti bitmiş yük avtomobilinin metal hissələrini kəsərkən maşının yanacaq çənində olan yanacaq məhlulu onun üzərinə sıçrayıb və yaranan qığılcımdan o yanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən A. Qurbanovu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.//APA

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...