Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəmkirdə ağır qəza: - Ölən var

Gəncə-Şəmkir yolunda baş verən yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.

DİN-dən Mynews.az-a verilən məlumata görə, Göygöl rayon Quşqara kəndində Şəmkir rayon Çinarlı kənd sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Elşən Zakir oğlunun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Gədəbəy rayonu Rüstəm Əliyev kənd sakini, 1994-cü il təvəllüdlüAllahverdiyeva Günel Osman qızının idarə etdiyi “Mercedes 190” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ 21011”-in sürücüsünün həyat yoldaşı, Şəmkir rayonu Çinarlı kənd sakini, 1987-ci il təvəllüdlü Nəbiyeva Ülviyyə Yaşar qızıaldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb, onun ərinin sol ayağı qırılıb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...