“OBA” marketin administratoru bıçaqlandı - Əxlaqsız hərəkətə görə-YENİLƏNİB
Dünən Bərdə rayonunda yerləşən “OBA” marketlər şəbəkəsində bıçaqlanma hadisəsi baş verib.
“OBA marketlər” şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsi məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib:
“Hadisə zamanı mağaza adminstratoru dörd bıçaq zərbəsi alıb. Zərər çəkən əməkdaşımız dərhal xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəbi hal-hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Hadisəni törədən Məmmədov Rahim bir gün öncədən “OBA” marketlər şəbəkəsinin Bərdə filialına müraciət edərək marketdə çalışanYeganə Məmmədovanın işdən çıxarılmasını tələb edib.
Bununla bağlı mağaza administratoru şirkət təlimatlarına uyğun şəkildə Rahim Məmmədova bu məsələlərin qanunvericiliklə tənzimləndiyini, işdən çıxarılmaq üçün heç bir əsas olmadığını izah edib.
Eyni zamanda, Yeganə Məmmədova Rahim Məmmədovun marketdən çıxmasını, işində ona problem yaratmamasını tələb edib. Rahim Məmmədov bir gün ərzində tələbi yerinə yetirilməyəcəyi təqdirdə problem yaranacağı ilə bağlı təhdid edib. Növbəti gün mağazaya gələn R.Məmmədov mağaza administratorunu təhqir edərək ona hücum çəkib.
Rahim Məmmədov “OBA” marketdə çalışan Yeganə Məmmədovanın uzaq qohumudur. Hadisə nəticəsində xəsarət alan əməkdaşımız Ülfət Həsənova şəfa diləyirik”.
11:31
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bərdə şəhər Ticarət Mərkəzində baş verib.
Ticarət Mərkəzinin içərisində fəaliyyət göstərən "Bərdə OBA market-7" mağazasında işləyən Məmmədova Yeganə Şakir qızına qarşı mağazanın administratoru, 1967-ci il təvəllüdlü, Bərdə şəhər sakini Həsənov Ülfət Rafiq oğlu əxlaqsız hərəkət edib.
Məsələdən xəbər tutan Y.Məmmədovanın qohumu, Bərdə şəhər sakini 1993-cü il təvəllüdlü Mamedov Rəhim Elçin oğlu hadisə yerinə gələrək Ü.Həsənovla mübahisə edib.
Nəticədə R.Mamedov üzərində gəzdirdiyi bıçaqla Ü.Həsənovun bədəninin müxtəlif nayihələrinə 4 bıçaq zərbəsi vurub.
Yaralı Bərdə şəhər Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma maddəsilə cinayət işi başlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən R.Mamedov tutularaq istintaqa təhvil verilib.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1095 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1082 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1082 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1079 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 983 dəfə oxunub