Gənc qadın müştərilərə 500 min “atdı" - Bakıda turizm fırıldağı (İDDİA) - VİDEO
Yay istirahətini xaricdə keçirmək istəyənlər diqqətli olsun. Çünki turizm sektorunda fırıldaqçılar peyda olub.
Mynews.az "Xəzər TV"yə istinadən xəbər verir ki, onlarla şəxs xaricə istirahətə göndərilmək adı ilə aldadılaraq pulları mənimsənilib.
Şikayətçilər iddia edirlər ki, Günel Şıxıyeva adlı vətəndaş insanları aldadaraq onlara ucuz aviabilet və sərfəli turpaket vəd edib. Lakin pulları aldıqdan sonra müxtəlif bəhanələrlə onları aldadıb.
İddialara görə, G. Şıxıyeva vətəndaşlarla yanaşı turizm şirkətlərini də bilet satmaq adı ilə aldadıb. Şikayətçilər deyir ki, o, bir neçə dəfə eyni turizm şirkətindən müştərilər üçün bilet alıb. Özünə inam yaratdıqdan sonra isə həmin şirkətlərdən bilet alsa da, sonradan onların pulunu verməyib.
Maraqlısı burasındadır ki, aldadılanların heç biri verdiyi pulun qarşılığında sənəd tələb etməyib. Dələduz qadın isə insanları aldatmaq üçün onlara saxta biletlər verib.
Şikayətçilər deyir ki, "turizmçi” hazırda öz işinin başındadır və qurbanlarının sayı günü-gündən artır.
Aldadılan insanlar məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Hadisə
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
- Bakıda öldürülən qadın məktəb direktoru imiş
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 953 dəfə oxunub
- Emin Ağalarov söz verdi 952 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 951 dəfə oxunub