Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hacıqabulda ağır qəza: - Ölən və yaralılar var

Daxili İşlər Nazirliyi (DİN) Hacıqabulda baş verən qəza ilə bağlı məlumat yayıb.

DİN-dən Mynews.az-a verilən məlumata görə, avqustun 3-də saat 02:00 radələrində Hacıqabul rayonunun Udulu Tava kəndi ərazisində kənd sakini Xəyyam Abuzərov idarə etdiyi “KİA” markalı avtomobili aşırıb.

Nəticədə dörd sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Vüsal İsifovorada ölüb.

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...