Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İsmayıllıda ağır qəza: Ölü və yaralılar var - VİDEO

Axşam saatlarında İsmayıllı rayonunun İvanovka kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

Yerli sakin Vasili Kazkov "31-AA-045" dövlət qeydiyyat nişanlı "UAZ" markalı minik maşını ilə İsmayıllıdan İvanovkaya qayıdarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və maşında olan sərnişinlər - İvanovka kənd sakinləri - 46 yaşlı Olek Arlov, 45 yaşlı Vladimir Yemilankov və 28 yaşlı Vladimir Skokov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxansına çatdırılsalar da, onlardan Vladimir Skokovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.//Report.Az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...