Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qardaşı ilə birlikdə dənizdə boğulub ölən 21 yaşlı Gülnar ailəli imiş - TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda dənizdə batan bacı və qardaş barədə bəzi təfərrüatlar məlum olub.

Mynews.az-ın məlumatına görə, ötən gün saat 16:00 radələrində Fövqalədə Hallar Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində iki nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin xilasediciləri tərəfindən xilasetmə məntəqəsindən 800 metr sağ tərəfdə 1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun cəsədləri tapılıb.

Boğulanlar ailəvi istirahətə gəliblər. 21 yaşlı Gülnar Mahmudova ailəli imiş. Cəsədlərinin tapıldığı ərazidə skuter olub, amma onların onu sürüb-sürməməkləri barədə məlumat yoxdur.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...