Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bomba ilə bağlı yalan məlumat verən şəxsin - MƏHKƏMƏSİDİR

Bakı Ağır Cinayətlər Məhkənəsində “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə yalan xəbər verməkdə təqsirləndirilən Rəvan Fətəliyevin məhkəməsi başlayıb.

Hakim Zeynal Ağayevin icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, R.Fətəliyev həbs edilməyib, polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses avqustun 10-da davam etdiriləcək.

İttihama görə, R.Fətəliyev 2018-ci il aprelin 4-də Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat verib. Lakin araşdırma nəticəsində məlumatın yalan olduğu müəyyən olunub. Ağdaş rayon sakini, 33 yaşlı R.Fətəliyev tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...