İntihar edən xanəndənin qardaşı həbs olundu
Bərdə rayonunda özünü su kanalına ataraq intihar edən xanəndənin qardaşı həbs edilib.
Mynews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, avqustun 2-də Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində meyiti tapılan xanəndə Novruz Hüseynovun 1987-ci il təvəllüdlü qardaşı Hüseynov Elçin Məmməd oğlu cinayəti bilib gizlətdiyi üçün saxlanılıb.
Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 307.3 maddəsi üzrə cinayət işi başlanaraq istintaq aparılıb və məhkəmənin qərarı ilə onun barəsində 3 ay həbs qətimkan tədbiri seçilib. E.Hüseynov Gəncə şəhərində yerləşən istintaq təcridxanasına göndərilib.
Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirilib. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 922 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 904 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 595 dəfə oxunub