Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Daxili orqanından narkotik çıxdı

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Mynews.az-a verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) 4 ədəd bükümdə, ümumi xalis çəkisi 177,834 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...