Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib - ölən var

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Mynews.az-a verilən məlumata görə, avqustun 7-də saat 14 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakinləri Beydulla Yunusovun idarə etdiyi "VAZ-21150” və Emin Həsənovun idarə etdiyi "Ford Tranzit” markalı avtomobillər toqquşub. Nəticədə B.Yunusov və sərnişini Ceyranbatan qəsəbə sakini Zərifə Məhərrəmova xəstəxanaya yerləşdiriliblər, Z.Məhərrəmova orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...