Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıdakı 16 mərtəbəli binada - YANĞIN HƏYƏCANI

Bakının Yasamal rayonu ərazisində yanğın olub.

Mynews.az-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Yeni Yasamal, Əsəd Əhmədov 45 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Yanğın binanın 1-ci blokunun, 8-ci mərtəbəsində qeydə alınıb.

FHN-nın 3 yanğınsöndürmə briqadası hadisə yerinə cəlb olunub. Yanğın qısa zaman ərzində söndürülüb. Yanğına səbəb isə 8-ci mərtəbədəki ev sahibinin qazın üzərinə qoyduğu su qazanı unudaraq mənzili tərk etməsidir. Evə ciddi zərər dəyməyib, xoşbəxtlikdən hadisə zamanı xəsarət alan yoxdur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...