Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

311 ölü, 763 yaralı - Yol qəzalarının statistiksı

2018-ci ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 806 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 6,4 faiz azalaraq 1074 nəfər olub.

Mynews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 311-i həlak olub, 763-ü isə yaralanıb. Hadisələrin 39,5 faizi gündüz, 38,7 faizi gecə, 21,8 faizi isə toran vaxtı baş verib, 30,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 91,2 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 12,1 faiz artaraq 250 nəfər, yaralananların sayı isə 6,5 faiz azalaraq 728 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 47,5 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,5 faizi (2,2 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 19,0 faizi (1,9 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,7 faizini, yaralananların isə 75,0 faizini kişilər təşkil edib. 

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş verib, nəticədə 12 nəfər ölüb, 19 nəfər yaralanıb. Belə hadisələrin 69,6 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...