Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Toy karvanında avtoxuliqanlıq edənlər həbs edildi

Bakıda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs edilib. 

Mynews.az-ın məlumatıan görə, bu barədə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. 

Bölmə rəsinin sözlərinə görə, Binəqədi rayonu ərazisində toy karvanına qoşulan bir qrup avtomobil davamlı olaraq hərəkətin intensiv olduğu yollarda çoxsaylı manevrlər etməklə, başqa sürücülərin mülkiyyətinə və piyadaların həyatına real təhlükə yaradıblar: 

“Təhlükəsiz şəhər” kameralarının köməyilə qeydə alınan fakt üzrə dörd avtomobil müəyyən olunub, materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə “VAZ 21-06” markalı, “10 LA 821” dövlət qeydiyyat nişanlı maşının sürücüsü Rəhimli Rəhim Yusif oğlu, “VAZ 21-06” markalı, “90 MF 936” dövlət qeydiyyatı nişanlı maşının sürücüsü Nəbiyev Vüsal Eldar oğlu və “Daewoo - Gentra” markalı, “99 AM 776” dövlət qeydiyyatı nişanlı avtomobilin sürücüsü Mehdiyev Cəlil Firdovsi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, barələrində nəqliyyat vasitəsini idarə etmək hüququ bir (bir) il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati həbs tətbiq edilib”. 

Vaqif Əsədov qeyd edib ki, həbs edilən şəxslərlə müvəqqəti saxlama təcridxanasında profilaktik söhbətlər aparılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...