Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəncədə 16 yaşlı qız itkin düşüb - FOTO

Gəncə şəhərində 16 yaşlı qız itkin düşüb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Mynews.az-a bildiriblər ki, Gəncə şəhər sakini, 2002-cı il təvəllüdlü Rəsmiyyə Kərimovaavqustun 3-ü yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 168 sm, arıq bədən quruluşlu, uzun qara saçlara malik, gözlərinin rəngi qara. Rəsmiyyə Kərimova evdən çıxarkən əynində tünd yaşıl rəngli don, ayağında sarı rəngli yay ayaqqabısı və qara rəngli çanta olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-256-07-53, 022-266-33-75 şəhər və (055) 331-24-24, (050)314-14-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

 


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...