Bakıda evə basqın olub, xəsarət alan var

Avqustun 9-da DİN “102 Zəng Mərkəzi” Xidmətinə Binəqədi rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədi ilə naməlum şəxsin daxil olması barədə məlumat daxil olub.
Mynews.az xəbər verir ki, DİN mətbuat xidmətindən məlumat verilib.
Hadisə yerində olan Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları apardıqları araşdırmalarla həmin gün L.Novruzovanın Biləcəri qəsəbəsindəki evinə girmiş naməlum şəxsin ev sahibəsinə yumruqla xəsarət yetirdiyini, oradan mobil telefon və təmir-tikinti alətləri oğurladığını müəyyən ediblər.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər xuliqanlıq törətdiyinə görə məhkum olunmuş Həzi İsayev olması müəyyən edilib.
Araşdırma aparılır.
Hadisə
- SON DƏQİQƏ! Bakıda zibillikdən doğranmış qız meyiti tapıldı
- Xırdalanda partlayış olan ərazidə son vəziyyət - CANLI YAYIM - VİDEO
- Xırdalanda axtarış işlərinə xüsusi təlim keçmiş itlər cəlb edildi - VİDEO
- Dünənki partlayışda ölən qadının FOTOsu - Azyaşlı qızı dağıntılar altında qalıb
- Vətən müharibəsi qazisinin müəmmalı ölümü
- Xırdalandakı partlayışda ölən şəxsin kimliyi bilindi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- 20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı 1000 dəfə oxunub
- Azərbaycanda məktəblər bu tarixdə açılır - RƏSMİ 997 dəfə oxunub
- Xınalığa gedən yol buz bağladı 997 dəfə oxunub
- Qar Ağsu dolarlarında hərəkəti çətinləşdirdi - RƏSMİ 993 dəfə oxunub
- Təhsil naziri: “Qısa müddətdə qapanmalara qayıda bilərik” 989 dəfə oxunub