Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda oğlunun intiharına dözməyən ana özünü binadan atIb - VİDEO

Bakıda baş vermiş intiharın təfərrüatları məlum olub.

Mynews.az-ın hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, 80 yaşlı Minira adlı qadının intiharına səbəb oğlunun ölümünə dözməməsi olub.

Binada yaşayan sakinlərin sözlərinə görə, iyun ayında qadının 56 yaşlı oğlu Sankt-peterburqda infarkt keçirib və vəfat edib:

"Qadının bir oğlu var idi və xaricdə yaşayırdı. Üç uşağı var idi. Qadın böyük nəvəsi ilə binanın dördüncü mərtəbəsində yaşayırdı. Oğlu infakt keçirdi və rəhmətə gedəndən sonra qadın özünə qapandı və evdən çölə çıxmırdı".

80 yaşlı qadın dünən günorta saat 14:00 radələrində özünü binadan ataraq intihar edib.

Qeyd edək ki, bir qədər əvvəl intihar hadisəsini ölən oğulun atasının törətdiyi bildirilirdi.

12:13

Bakıda valideyn intihar edib.

Mynews.az xəbər verir ki, hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, oğlunun intihar edərək həyatına son qoymasına dözə bilməyən valideyn özünü yaşadığı binadan ataraq intihar edib.

Hadisə Nərimanov rayonu, Həsən Əliyev küçəsi, bina 115-də baş verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...