Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qobuda bərbad yol təcili yardımın ünvana çatmasına imkan verməyib

Qobuda bərbad yol təcili yardımın ünvana çatmasına imkan verməyib.

Mynews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonunun Qobu qəsəbəsinin sakini, 1964-cü il təvəllüdlü Reyhan Məhərrəm qızı Quliyevanın səhhəti kəskin pisləşdiyi üçün yaşadığı ünvana həkim briqadası çağırılıb, lakin yolun keçilməzliyi səbəbilə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) avtomobili çağırış olan əraziyə çata bilməyib. 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xəstəni xərəklə TTTYS-nin avtomobilinin olduğu əraziyə çatdıraraq həkim briqadasına təhvil veriblər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...