Yeniyetmə qızı xilas edən polis mükafatlandırıldı - VİDEO
Bakı-Quba avtomobil yolunun 47-ci kilometrliyində xidmət apararkən dəmir qurğuların arasında qalan yeniyetmə qızı xilas edən polis əməkdaşı mükafat alıb.
Mynews.az avtosfer.az-a istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşı, polis serjantı Tusi Kamal oğlu Bayramzadə həmçinin Bakı-Quba avtomobil yolunda hər gün gəlib duran və hərəkətin təhlükəliyinə şərait yaradan bir sahibsiz qadını və onun uşağını da Xəzər TV-nin aparıcısı Xoşqədəm Hidayətqızına təqdim edib. Bundan sonra həmin qadını işə düzəldiblər və sığınacaqla təmin ediblər.
Tağım komandiri, polis mayoru Ürfət Şükürov Tusi Bayramzadə haqqında deyib ki, o, dəfələrlə qəza baş vermiş zaman ağır vəziyyətdə olan sərnişinlərə yaxından köməklik göstərib. Məhz bu cür nümunəvi hərəkətlərinə görə o, Daxili İşlər Nazirliyi tərəfindən "Əla xidmətə görə" döş nişanı ilə təltif olunub və bir neçə dəfə mükafatlandırılıb. Bu gün də biz ona çalışırıq ki, xidmət apardığımız Bakı-Quba avtomobil yolunda sürücülər, sərnişinlər və yol polisi arasında yüksək mədəni münasibətlər yaransın və hər iki tərəf bir-biriylə normal davransın. Belə olanda biz də xidmət apardığımız işdən zövq alırıq.
Qeyd edək ki, bu ilin avqustunda avtosfer.az saytı, Jurnalistika və İnkişaf Mərkəzi, eləcə də "Digesta" hüquq firması bir qrup DYP əməkdaşını xidmətdə fərqləndiklərinə görə mükafatlandırıb. Onların arasında Tusi Bayramzadə də var.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 575 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 564 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 559 dəfə oxunub