Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İrandan Azərbaycana narkotik gətirən dəstə tutuldu - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Füzuli rayonu Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində iki nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb.

DSX-dən Mynews.az-a verilən məlumata görə, sərhəd axtarışı əməliyyatı nəticəsində iki nəfər İran vətən­daşı, Maku şəhər sakinləri - 1972-ci il təvəllüdlü Qasımzadə Həsən Əh­məd və 1995-ci il təvəllüdlü Həsənzadə Həmid Hüseyn sax­lanılıb, onların İrandan Azərbaycana dövlət sərhədini pozaraq ərazi­də gizlətdikləri 1 kq 335 qram heroin, 570 qram tiryək, 265 qram meta­fitamin, 670 qram marixuana və 10 ədəd psixotrop həb aşkar olunub.

Hadisə ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Dilağarda kəndində narkotik vasitələri qəbul et­mək üçün əraziyə gəlmiş “Hunday Elantra” markalı, “99 MV 667” dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhər sakinləri - 1986-cı il təvəllüdlüHəbibullayeva Günay Qüdrət qızı, 1993-cü il təvəllüdlü Mirnağıyev Mir­tağı Süleyman oğlu və İran vətəndaşı, 1990-cı il təvəllüdlü Hacı Hacelo Niari İsa Ərşad saxlanılıblar. 

Avtomobilə və həmin şəxslərin əş­yalarına keçirilmiş baxış zamanı Həbibullayeva Günay Qüdrət qızının əl çantasından 6435 ABŞ dolları, 16400 AZN və 5-10 qram çəkidə bükümlərdə metafitamin, heroin və marixuana aşkarlanıb.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...