Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda dəhşət: Qurbanlıq qoyunlar boğulub öldülər - FOTO

Musavat.com-un müxbiri qurbanlıq heyvanların satışı yarmarkasında dəhşətli mənzərənin şahidi olub.

Mynews.az xəbər verir ki, yarmarkaya satışa gətirilən yük maşını ilə dolu qurbanlıq heyvanlar tələf olub.

Buna səbəb isə heyvanları daşıyan maşında havalandırma yerinin olmaması olub. Nəticədə qapalı yerdə yüz kilometr yol gələn 70 heyvan istidən və havasızlıqdan ölüb.

Heyvan sahibləri bu vəziyyətdən yarmarkada xəbər tutublar. Heyvanlar yarmarkaya Siyəzən rayonundan gətirilib.

Heyvanlar yük maşınından endirilərkən ölü vəziyyətdə olublar. 70 heyvandan cəmi dördü sağ qalıb.

Satıcılar külli miqdarda ziyana düşməmək üçün məcburən yerdə can verən heyvanları tələsik kəsiblər. Lakin həmin ətrafda olan qəssablar bu heyvanların ətinin insanlara satılmasını doğru hesab etmirlər.

 

 

 

 

 


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...