Şimal rayonlarında terrorun qarşısı alındı - DTX terrorçunu məhv etdi
Radikal dini ekstremist qrupun üzvü Nəcəfov Nizami Adil oğlunun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olan məlumat aparılan araşdırmalarla təsdiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti və prokurorluq əməkdaşları tərəfindən birgə təxirəsalınmaz tədbirlər keçirilib.
Mynews.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, avqustun 28-də Nizami Nəcəfovun Xaçmaz rayonu ərazisində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açıb silahlı müqavimət göstərib. DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə N.Nəcəfov məhv edilib.
Hadisə yerinə və meyitə baxış zamanı N.Nəcəfovun üzərindən 1 ədəd “AKSU” tipli avtomat, həmin silaha aid sursat, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək maddi sübut kimi götürülüb.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hadisə
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
- Bakıda öldürülən qadın məktəb direktoru imiş
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 987 dəfə oxunub
- Emin Ağalarov söz verdi 987 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 985 dəfə oxunub