Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rüşvət alan direktor həbsdə qaldı - Qərar

Şirvan Apelyasiya Məhkəməsində 160-a yaxın tələbəsindən rüşvət aldığı üçün həbs edilən Astara Pedoqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Mynews.az Qafqazinfo.az saytına istinadən verdiyi xəbərə görə, hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarı ilə aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Ə.Həmzəyev qərardan kassasiya şikayəti verib.

Qeyd edək ki, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3-cü bəndinin bütün bölmələri üzrə ittiham edilib. Ə.Həmzəyevi 8 ildən 12 ilə qədər cəza gözləsə də, o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...