Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ukraynada azərbaycanlı qanunsuz miqrantlar saxlanıldı - FOTO + VİDEO - VİDEO

Ukrayna Sərhəd Xidmətinin əməkdaşları azərbaycanlılardan ibarət qanunsuz miqrant qrupunu yaxalayıb. 

Mynews.az xəbər verir ki, bununla bağlı Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Azərbaycanlılar Çopskov dəstəsinin “Ujqorod” bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Naməlum şəxslərlə bağlı sərhədçiləri Ujqorod rayonunun Onokovtsı kəndinin sakinləri məlumatlandırıb. 

Saxlanılanlardan üçü Azərbaycan və biri Banqladeş vətəndaşıdır. Sərhəd pozucularından yalnız birinin üzərindən şəxsiyyəti təsdiq edən sənəd aşkarlanıb. 

Onlara qarşı Ukrayna ərazisinə qanunsuz daxil olma maddəsi ilə ittiham irəli sürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...