Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ölən qadını inək yox, öz oğlu vurubmuş

Xəbər verdiyimiz kimi, martın 14-də Ağdam rayonunda 56 yaşlı qadını inəyin vuraraq öldürməsi barədə məlumat yayılmışdı.

Bu gün Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Mynews.az Qafqazinfo.az-a istinadən verdiyi xəbərə görə, rəsmi məlumatda qadını inəyin yox, onun öz oğlunun vurduğu bəlli olub.

Belə ki, həmin gün saat 21 radələrində Ağdam rayonunun Əfətli kəndində kənd sakini Niyaz Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən anası Filyar Əliyevanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Ağdam RPŞ tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...