Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağcabədi rayonunda toyda qətl hadisəsi baş verib

Ağcabədi rayonunda toyda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Mynews.az-a bildirilib ki, sentyabrın 4-də Ağcabədi şəhəri ərazisində yerləşən şadlıq saraylarının birində şəhər sakini Qurban Qurbanzadə münaqişə zəminində həmyerlisi Zaur Sadıqova bıçaqla xəsarət yetirib. Z.Sadıqov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Q.Qurbanzadə saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...