Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda kütləvi intihara cəhd

Paytaxtın Xətai rayonunda kütləvi intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, altı nəfər qaldırıcı kranın üzərinə çıxaraq, intihar etmək istəyini nümayiş etdiriblər.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. 

Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar özlərinə qəsd etmək fikrindən daşınıblar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...