Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

FHN-dən batan şəxslərlə bağlı məlumat

Mingəçevir su anbarında (nəzarətsiz ərazi) avqustun 29-d batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlunun və Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları davam edir.

FHN-dən Mynews.az-a verilən məlumata görə, axtarışlara nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları, Aviasiya dəstəsinin "Mi-17-1V" helikopteri, Gəncə Regional Mərkəzinin şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu və xilasediciləri cəlb olunub.

Əlavə məlumat veriləcək.​

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...