Aygün Bəylərin qardaşı yenidən məhkəmə qarşısında - FOTO
Bakı Apellyasiya Məhkəməsində Fuad Məmmədzadənin, Ramil Əsirovun, Elmir Alxazovun CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 120.2.6-cü (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə qəsdən adam öldürmə), 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Abbas Hümbətovun, Cavid Alxazovun CM-nin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 307.1 (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə), 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilmələrinə və Elnur Əsirovun cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az-ın xəbərinə görə, 2016-cı il avqustun 29-da Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb ki, Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyunun 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib.
Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Cavid Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə öldürülüb. Sonra həmin şəxslər cinayətin izini itirmək məqsədilə meyiti basdırıblar və üstünü betonla örtüblər.
İstintaq-əməmliyyat qrupunun üzvləri tərəfindən hadisə yerinə baxış keçirilib və mərhumun meyitinin qalıqları ekskumasiya olunaraq ekspertizaya təqdim edilib. İşin mürəkkəbliyi nəzərə alındığı üçün cinayət işi Suraxanı rayon Prokuroroluğundan götürülüb və Bakı şəhər Prokurorluğuna göndərilib.
Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşıdır, mərhum isə əmisi nəvəsi olub.
İstintaqla müəyyən edilib ki, qrup üzvləri 2013-cü ilin fevral-mart aylarında Qala qəsəbəsi, yeni yaşayış massivində yerləşən evin həyətyanı sahəsində narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər. Təxminən iki aydan sonra onlar Elnur Hümmətovun bu barədə polisə məlumat verməsindən şübhələniblər.
Bu məqsədlə son vaxtlar onlardan kənar gəzən Elnuru axtarıb tapıblar və evə gətirərək, orada saxlayıblar. Ertəsi gün Hümmətovun qaçmağa cəhd etdiyini görən şəxslər onu boğaraq, qəsdən öldürüblər və sonra quyu qazaraq, meyitini orada basdırıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Məmmədzadə, E.Alxazov və R.Əsirov 15 il, A.Hümmətov və C.Alxazov beş il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. E.Əsirov barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi, müdafiəçilər apellyasiya şikayətləri, dövlət ittihamçısı isə apellyasiya protesti veriblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə protest və şikayətlər təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 958 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 916 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 908 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 907 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 904 dəfə oxunub