Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda kirayədə yaşayan şəxs bıçaqlandı

Bakıda kirayədə yaşayan şəxs bıçaqlanıb.

Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Belə ki, sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Sabunçu rayon Polis idarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Mətləb Zalov saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...