Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərini döyə-döyə öldürən qadın məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Mynews.az-ın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə T. Vəliyevanın anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı sentyabrın 17-nə təyin edilib. 

İttihama görə, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. 23 yaşlı Tünzalə Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 28 yaşlı Nazim Vəliyevin başına meyvə qabını çırpıb.

Nəticədə Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq, onu öldürüb. Hadisəni törədən Tünzalə Vəliyeva saxlanılıb. Cütlüyün birgə nikahdan iki övladı var. Hadisə vaxtı uşaqlar da evdə olub.

Faktla əlaqədar Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...