Bakı-Sumqayıt elektrik qatarında gərgin anlar - VİDEO
Bu gün Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb.
Mynews.az xəbər verir ki, baku.ws-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət qatarı gecikib. İlk qatar 5 dəqiqə, ikinci qatar isə 10 dəqiqə gecikib.
Nəticədə sərnişinlər arasında narahatlıq yaranıb. Bəzi sərnişinlər işə gecikdiyi üçün gözləməyib.
Dəmir yolu işçilərinin verdiyi məlumata görə, yolda işıqforlarda problem yaranıb. Bu səbəbdən də, qatarlar gecikib. Bələdçinin sözlərinə görə, Sumqayıtdan Bakıya gedən istiqamətdə yaşıl işıq yanmadığına görə, qatar dəqiqələrlə yolda dayanıb.
Məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova BAKU.WS -ə açıqlamasında bildirdi ki, qatarların gecikməsinə texniki nasazlıq səbəb olub.
"Artıq problemlrə aradan qaldırılıb. Narahatlığa əsas yoxdur”, - deyə Sevinc Qədirova bildirib.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 983 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 948 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 938 dəfə oxunub