Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda özünü maşınların qabağına atan şəxs peyda oldu - VİDEO

Bakıda özünü avtomobillərin qarşısına atan şəxs peyda olub.

Mynews.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Azadlıq prospekti 15a / 4 ünvanında “28 Mall”un yaxınlığında bir nəfər piyada özünü hərəkətdə olan avtomobilin qarşısına atıb.

Kadrlardan da göründüyü kimi, piyada avtomobil yaxınlaşanda sürücünün sürəti azaltdığını görərək kənara gedir. Kadrları sosial şəbəkədə paylaşan sürücü bu sözləri qeyd edib:

“Başıma gəlmiş hadisədir. 28 Mall-un arxa tərəfində vətəndaş özünü maşınımın altına atmaq istədi. Amma əvvəlcədən onun yola çıxdığını görüb, sürəti tam azaltmışdım ki, birdən yola qaçar, elə də oldu. Gördü sürətim azalıb özünü bir az da qabağa verdi amma istəyi alınmadı”.

Bu yolla sürücülərə təzyiq edən şəxs dələduzluq edir və qazanc əldə etməyə çalışır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...