Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mingəçevirdə yaşayış binasında yanğın - Ölü və yaralılar var

Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib. 

Mynews.az-ın məlumatına görə, hadisə şəhərin Nərimanov küçəsi, 49 ünvanında qeydə alınıb. 

Belə ki, dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində yanğın çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. 

Hadisə nəticəsində mənzil sahibi, təxminən, 55 yaşlarında olan Sergey Aleksandroviç Borisov yanaraq ölüb. 

Bundan başqa, 4 nəfər bina sakini tüstüdən zəhərlənib və lazımi tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...