Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda dəhşətli qətl: Taxta parçası ilə döyərək öldürdü

Bakıda keçmiş məhkum tanışını taxta parçası ilə döyərək öldürüb. 

Mynews.az xəbər verir ki, hadisə sentyabrın 11-də Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Belə ki, həmin rayonda yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə B.Cəfərov saxlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...