"Mələyin atası onun ölümündən xəbərsizdir..." - Xırdalanda ölən tələbə ilə bağlı TƏFƏRRÜAT
“Turanə bir aya yaxın idi ki dərsə gəlmirdi.”
Mynews.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Rüxsarə Əliyeva bildirib. Onun sözlərinə görə, Turanə Xanlayeva kollecdəki təhsilini yarımçıq qoyub, məktəbdən çıxmaq istəyirmiş:
“Anası xəstə idi. Evdə qalıb ona baxırdı. Martın 13-də Turanə bacısı, xalası və xalasının qızı ilə müayinədən keçmək üçün Bakıya gəliblər. Turanə özü də xəstə idi. Faciə isə dünən baş verib. Onlar həmin otaqda əvvəl 3 nəfər qalıblar. Sonra qızlardan biri onlardan ayrılıb.”
Rüxsarə Əliyeva faciənin hansı səbəbdən baş verdiyindən məlumatsız olduğunu qeyd edib: “Hərə bir söz deyir. Kimi deyir dəm qazından boğulub, kimi də qida zəhərlənməsini səbəb gətirir. Amma hüquq-mühafizə orqanları bunu yəqin ki, araşdıracaq.”
Rüxsarə Əliyeva Turanənin atasız olduğunu vurğulayıb: “Mələyin isə atası başqa ölkədə işlədiyi üçün Azərbaycandan kənardadır. İndi ona məlumat vermişik. Bakıya gəlir, amma qızının ölümündən xəbərsizdir. Bu ağır faciəni ona deyə bilmədik. Çox istedadlı qız idi, Mələk. Əlaçı idi, bütün ictimai işlərdə məktəb daxilində və xaricində aktiv bir tələbə idi.”
Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında dəhşətli faciə baş verb. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin həmin ünvanda kirayədə qalan iki tələbəsi və tələbələrdən birinin bacısı, xalası, xalası qız zəhərlənərək ölüb.
Hadisə
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 996 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 973 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 962 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 961 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 958 dəfə oxunub