Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı qadınları Türkiyədə “satan” məhkəmə qarşısında

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Namiq Şaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Mynews.az-ın xəbərinə görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakimCamal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. 

İttihama münasibət bildirən N. Şaməmmədov özünü təqsirli bilib.

Sonra zərərçəkmiş şəxslər ifadə verib. 

İttihama görə, Namiq Şaməmmədov 2018-ci il fevralın 11-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Mingəçevir şəhər polis şöbəsi əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub.

Məlum olub ki, o, Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb və insan alverinə məruz qoyub. Cinayət işi üzrə beş qadın zərərçəkmiş şəxs qismində tanınıb. 

Namiq Şaməmmədov həmin qadınları xadimə və digər işlər görümək adı ilə Türkiyəyə aparmağa vəd verib. Mingəçevir şəhərindən və digər rayonlardan olan beş qadını bu adla aldadaraq, Türkiyəyə aparıb. Türkiyədə həmin qadınların kişi müştərilərlə görüşdürməsinə mütəşəkkil dəstənin digər üzvləri şərait yaradıb. 

Türkiyədən qayıdan zərərçəkmişlər İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Müraciət əsasında axtarışa verilən Namiq Şaməmmədov Mingəçevir şəhəri ərazisində həbs edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...