Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı sakini qonşusunu öldürüb qaçdı

Paytaxtın Suraxanı rayonunda qətl hadisəsi qeydə alınıb.

Mynews.az-ın məlumatına görə, 1979-cu il təvəllüdlü Abuzərov Dostəli Rəşid oğlu Suraxanı rayonunda - Zeytun bağları adlanan çöllük ərazidə qonşusu, 1977-ci il təvəllüdlü Qədirov Sərsəng Alxas oğlu ilə aralarında yaranan münaqişə zəminində sonuncunu bıçaqlayıb. 

Sonra D.Abuzərov hadisə yerindən qaçıb. S.Qədirov aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən D.Abuzərovun tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...