Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycandan qaçan bank rəhbəri Rusiyada ələ keçdi

Moskvada Azərbaycanın “NIKOIL Bank” bankının İdarə heyətinin keçmiş sədri Vasili Xamaza saxlanılıb.

Mynews.az-ın xəbərinə görə, bu barədə “Moskva“ şəhər xəbərləri agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə əsasən, 60 yaşlı V.Xamaza sentyabrın 17-də Qaribaldi küçəsində tutulub.

V.Xamaza Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və vəsaitlərin mənimsənilməsi ittiham olunur. 

Sabiq bank rəhbəri 2005-ci ildən 2017-ci ilin iyulunadək İdarə heyətinin sədri olduğu “NIKOIL Bank”dan onlarla milyon manat vəsaitin mənimsənilməsində günahlandırılır. O, beynəlxalq axtarışa verilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...