Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Təbiətə dəyən zərərə görə baş həkimin işi prokurorluğa göndərildi - FOTO

Ekologiya və Təbii Sərvətlər və  Daxili İşlər nazirlikləri tərəfindən Şamaxıda reyd keçirilib.

ETSN-dən Mynews.az-a verilən məlumata görə, Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı “QAZ-52” markalı, 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkar olunub.

Araşdırma zamanı ağacların Şamaxı Rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub.

Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkar olunub. Təbiətə 3000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon Mərkəzi Xəstaxanasının baş həkimi Səməd Fətəliyev barəsində akt tərtib olunub.

Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar Şamaxı rayon Prokurorluğuna göndərilib.

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...