Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dörd yaşlı uşağın ölümündə təqsirləndirilən qadının cəzası dəyişdirildi

Bakı Apellyasiya Məhkəməsində zərərçəkmişin ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Lalə İsrafilovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. 

Mynews.az-ın məlumatına görə, bu barədə Oxu.Az-a L.İsrafilovanın vəkili Əli Hüseynov məlumat verib.

O bildirib ki, məhkəmənin qərarı ilə L.İsrafilovanın cəzası azaldılıb. Belə ki, onun cəzası doqquz ildən üç ilə endirilib və cəza çəkməsi üçün məntəqə tipli cəzaçəmə müəssisəsinə köçürülüb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə L. İsrafilova doqquz il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənin iclas zalında həbs olunub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...